Cəmiyyət

Sabah hava 39 dərəcəyədək isti olacaq

1 saat 0 baxış 96% yoxlanıb

Milli Hidrometeorologiya Xidmətinin açıqladığı məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Gecə şimal-qərb küləyi əsəcək, gündüz isə cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 50-55 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-39 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə isti gözlənilir.

Mənbələr

← bütün xəbərlər