Cəmiyyət

Laçında yaşayış evlərinin yaxınlığında yanğın söndürülüb

1 saat 0 baxış 97% yoxlanıb

Laçın şəhərində yaşayış evlərinin yaxınlığında yanğın hadisəsi qeydə alınıb. Hadisə şəhərin Qorxmaz Eyvazov küçəsində, quru ot və kol-kos olan ərazidə baş verib. İlkin məlumata görə, alov qısa müddət ərzində geniş əraziyə yayılıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və şəxsi heyəti əraziyə cəlb edilib. Yanğınsöndürənlər operativ müdaxilə edərək alovun yaşayış evlərinə keçməsinin və daha geniş əraziyə yayılmasının qarşısını alıblar.

Görülən tədbirlər nəticəsində yanğın tam söndürülüb. Yaşayış evləri yanğından mühafizə olunub. İlkin qiymətləndirmələrə görə, yanğın zamanı təxminən 200 kvadratmetr sahədə quru ot və kol-kos yanaraq məhv olub.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

← bütün xəbərlər