Türkiyənin “MV Güllük” yük gəmisi Novorossiysk yaxınlığında dron hücumuna məruz qalıb
Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisi Rusiyanın Novorossiysk limanı sahillərində dron hücumuna məruz qalıb. Hadisə barədə Türkiyə mediası məlumat yayıb. Gəmi Taman istiqamətində hərəkət edərkən hücum baş verib və zərbə heyətin yaşayış bölməsinə dəyib.