Ağdaşda erkən nikah toyunu çəkən İTV əməkdaşlarına hücum edilib
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi ilə bağlı çəkiliş aparan İctimai Televiziyanın (İTV) əməkdaşlarına hücum edilib. Hadisə toy mərasiminin keçirilməsi zamanı baş verib və çəkiliş qrupuna qarşı zorakı hərəkətlər törədilib.
Məlumata görə, İTV Xəbər-in çəkiliş qrupu hadisəni işıqlandırmaq üçün ərazidə olub. Toy sahibləri baş verənlərə etiraz edərək jurnalistlərə hücum edib və onlara qarşı zorakılıq ediblər.
Qeyd edək ki, Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyunun keçiriləcəyi barədə daxil olan məlumat əsasında polis və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb. Araşdırma zamanı qızın 17 yaşı tamam olmadığı müəyyən edilib.
Polis əməkdaşları və aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, erkən nikahın hüquqazidd olduğu diqqətə çatdırılıb. Nəticədə planlaşdırılan toy məclisi təxirə salınıb.