Ağdaşda 17 yaşlı qıza nişan mərasimi: valideynlər polis tərəfindən dindirilib
Ağdaş rayonunda nikah yaşına çatmayan şəxs üçün nişan mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırma zamanı məlum olub ki, nişanlanan qızın oktyabr ayında 18 yaşı tamam olacaq. Polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri həm oğlan, həm də qızın valideynləri ilə izahedici söhbətlər aparıblar.
Valideynlərə belə bir mərasimin qanunvericiliyə zidd olduğu izah edilib. Hadisə ilə bağlı əlavə tədbirlər görülüb və vəziyyət nəzarətə götürülüb.