Ceki Çan Azərbaycanda çəkiliş zamanı zədələnib
Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Çəkilişlər zamanı məşhur aktyor kaskadyor səhnələrindən birində qolundan zədələnib. Hadisə anı videoya çəkilib və sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə 72 yaşlı aktyorun qolunu tutaraq ağrı hiss etdiyi aydın görünür. Bu videolar Ceki Çanın pərəstişkarları arasında narahatlıq yaradıb. Fanatlar paylaşımın şərh bölməsində aktyora tezliklə sağalması ilə bağlı xoş arzularını çatdırıblar.
Qeyd edək ki, “Tanrının zirehi” franşizasının yeni filmində Ceki Çan yenidən baş rolda çıxış edir. Azərbaycanda çəkilən səhnələr böyük maraqla gözlənilir. Filmin çəkilişləri ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.