"Qarabağ" Elvin Cəfərquliyevin zədəsi ilə bağlı açıqlama yayıb
"Qarabağ" futbol klubunun müdafiəçisi Elvin Cəfərquliyevin zədəsi ilə bağlı rəsmi açıqlama yayılıb. 26 yaşlı futbolçu Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyevin "Dinamo" komandasına qarşı keçirilən ilk oyunda zədələnib. Klubun məlumatına görə, onun vəziyyəti hələlik dəqiq müəyyənləşməyib.