Cəmiyyət

Ağdaşda yetkinlik yaşına çatmayan qızın toyu təxirə salınıb

1 saat 0 baxış 93% yoxlanıb

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olan müraciət əsasında polis araşdırma aparıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, müraciət üzrə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb.

Araşdırma zamanı toyu planlaşdırılan qızın 17 yaşının tamam olmadığı müəyyən edilib. Bu hal qanunvericiliyə zidd olduğu üçün polis əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri hər iki tərəfin valideynləri ilə izahedici və profilaktik söhbətlər aparıblar.

Valideynlərə yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsinin hüquqazidd olduğu diqqətə çatdırılıb. Görülən tədbirlər nəticəsində planlaşdırılan toy məclisi təxirə salınıb.

Faktla bağlı bütün zəruri tədbirlər icra edilib və vəziyyət nəzarətdə saxlanılır.

Mənbələr

← bütün xəbərlər