Cəmiyyət

MİQ-də vakansiya seçimi mərhələsi avqustun 5-də başlayır

1 saat 0 baxış 93% yoxlanıb

Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

İlk növbədə vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim edilir. Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Yerləşdirmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

Qeyd olunub ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək.

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək. Digər mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mənbələr

← bütün xəbərlər