Nəriman Axundzadə Türkiyə klubuna keçir
Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadə ABŞ-ın "Kolambus Kryu" klubundan ayrılıb. 23 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək. O, gələn mövsümdən Super Liqada mübarizə aparacaq "Erzurumspor" ilə danışıqları uğurla yekunlaşdırıb.
"Erzurumspor" I Liqanın son çempionudur və 5 illik fasilədən sonra yenidən Super Liqada çıxış etmək hüququ qazanıb. Axundzadənin MLS təmsilçisini Türkiyə klubuna dəyişməsi onun şəxsi qərarıdır. O, ABŞ çempionatının Şərq zonasında 20 xalla 11-ci pillədə qərarlaşan "Kolambus Kryu"nu təsadüfən tərk etməyib.
Bu ilin yazında "Qarabağ"dan transfer edilən və 3,5 illik müqavilə imzalanan ön xətt oyunçusu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib. O, məşqçi korpusundan lazımi qədər oyun dəqiqəsi almadığını və ehtiyatda qalmaqdan bezdiyini vurğulayıb.
Futbolçu ilk addımlarını "Xəzər Lənkəran"da atıb. O, klubdan düşərgəni dəyişməsi üçün icazə istəyib və müsbət cavab alıb.