Dünya

Qaxda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

1 saat 0 baxış 96% yoxlanıb

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un şimal-qərb bürosunun məlumatına görə, Qax-Zaqatala yolunun rayonun Ləkit kəndindən keçən hissəsində Hyundai markalı avtomobil Niva markalı minik avtomobili ilə toqquşub.

Toqquşma nəticəsində Hyundai avtomobili yolun kənarına çıxaraq aşıb. Hadisə zamanı Hyundai-də olan iki nəfər bədən xəsarətləri alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mənbələr

← bütün xəbərlər