Siyasət

Kamran Əliyev Nəsimi rayonunda vətəndaşları qəbul edib

1 saat 0 baxış 93% yoxlanıb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Nəsimi Rayon Prokurorluğunun inzibati binasında Nəsimi rayonundan olan vətəndaşların növbəti qəbulunu həyata keçirib. Qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisində yerləşən abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Qəbul zamanı 40 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələləri əhatə edib.

Baş prokuror müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verib. Qəbulun keçirilməsində məqsəd vətəndaşların müraciətlərinə operativ baxılması və qanunçuluğun təmin edilməsidir.

Mənbələr

← bütün xəbərlər