Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi avqustun 15-də başlayır
Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-dən start veriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Layihə çərçivəsində aparılacaq tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi gözlənilir və bu müddət ərzində qatarlar “Nizami” və “28 May” stansiyaları arasında hərəkət etməyəcək.