Sabah çimərliklərə getmək olar, amma...
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına görə, avqustun 5-də Abşeron çimərliklərində hava şəraiti üzgüçülük üçün əlverişli olacaq. Gün ərzində şimal-şərq küləyi əsəcək, axşam isə onu mülayim şimal-qərb küləyi əvəz edəcək.
Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada havanın temperaturu 26-27 dərəcə isti olacaq. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə temperatur bir qədər yüksək olacaq və 27-28 dərəcə təşkil edəcək.
Hava şəraiti istirahət üçün əlverişli olsa da, mütəxəssislər çimərliklərdə olarkən günəş vannası qəbul etmə qaydalarına riayət etməyi və günün ən isti saatlarında birbaşa günəş altında qalmaqdan çəkinməyi tövsiyə edirlər.