Özəl bağçalar üçün dövlət maliyyələşdirmə müsabiqəsi elan edilib
Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edib. Bu, Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli 218 nömrəli qərarının icrası çərçivəsində həyata keçirilir. Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində bu modelin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməkdir.