Cəmiyyət

Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib

1 saat 0 baxış 93% yoxlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu həyata keçirib. Bu barədə komitədən məlumat verilib.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Müraciətlər əsasən işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

Komitə rəhbərinin vətəndaş qəbulu mütəmadi olaraq keçirilir və bu tədbirlər əhalinin problemlərinin yerində öyrənilməsi və həlli istiqamətində mühüm əhəmiyyət daşıyır.

Mənbələr

← bütün xəbərlər