Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb
Perunun cənubundakı Naska səhrası üzərində turistik uçuş həyata keçirən təyyarə qəzaya uğrayıb. Yerli bələdiyyə orqanlarının məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub.
Qəzaya uğrayan təyyarə "Aerodiana" şirkətinə məxsus olub və Naska geoqriflərini seyr etmək üçün ekskursiya uçuşu həyata keçirirmiş. Təyyarə Pisko şəhərindən havaya qalxdıqdan sonra Pueblo-Vyexo bölgəsində qəzaya uğrayıb.
Naska geoqrifləri Perunun məşhur turizm obyektlərindəndir və 1994-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu səbəbdən regionda turistik aviasiya uçuşları geniş yayılıb.
Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.