Bakının Yasamal rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Bakının Yasamal rayonunun bir hissəsində bu gün elektrik enerjisinin verilişində fasilələr müşahidə olunacaq. Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Məlumata görə, avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində elektrik təchizatının keyfiyyətinin yüksəldilməsi və artan yükün təmin edilməsi məqsədilə transformator yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova və Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin sakinləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.