Cəmiyyət

Bakının Yasamal rayonunda avqustun 3-də üç saat elektrik enerjisi olmayacaq

1 saat 0 baxış 97% yoxlanıb

Avqustun 3-də Bakının Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət gözlənilir. "Azərişıq" ASC-nin yaydığı məlumata görə, bu, transformator məntəqəsində planlı təmir işlərinin aparılması ilə bağlıdır.

Təmir işləri Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) həyata keçiriləcək. İşlər saat 10:00-dan 13:00-dək davam edəcək.

Bu müddət ərzində Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova və Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd edilib ki, təmir işlərinin məqsədi elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmasıdır. İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

← bütün xəbərlər