Cəmiyyət

Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edəcək

51 dəq 0 baxış 97% yoxlanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 6-da saat 10:00-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinlərini qəbul edəcək. Bu barədə nazirliyə istinadən məlumat yayılıb.

Nazir qəbul zamanı bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün avqustun 5-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzinə (1655), elektron poçt ünvanına ([email protected]) və ya 010 250 48 48, 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlara müraciət etmək lazımdır.

Qeyd edək ki, qəbul icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Mənbələr

← bütün xəbərlər