Misirdə 5,3 maqnitudalı zəlzələ qeydə alınıb
Misirin şimalında yerləşən İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:00-da qeydə alınıb. Zəlzələnin ocağı yerin 5,47 kilometr dərinliyində yerləşib.
Hazırda zəlzələnin təsiri nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilmir. Müvafiq qurumlar vəziyyəti izləyir.