Dünya

Fransada meşə yanğınları nəzarət altına alınıb

1 gün 1 baxış 93% yoxlanıb

Fransanın Baş naziri Sebastyan Lekornu ölkədə baş vermiş iri meşə yanğınlarının nəzarət altına alındığını açıqlayıb. Bu barədə o, "La Tribune Dimanche" qəzetinə müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond departamentində yanğınlarla mübarizə olduqca çətin keçib. O qeyd edib ki, alov öz hava axınlarını formalaşdırdığı üçün onun yayılmasını proqnozlaşdırmaq mümkün olmayıb.

Lekornu bildirib ki, hava şəraitinin dəyişməsi, yanğınsöndürənlərin fasiləsiz fəaliyyəti və daimi müşahidə nəticəsində vəziyyət sabitləşib. Hazırda ölkə üzrə yanğınlarla bağlı vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Avropada, xüsusilə də İspaniya və Fransada meşə yanğınları bu il rekord həddə çatıb.

Mənbələr

← bütün xəbərlər