Fransada meşə yanğınları ilə bağlı saxlanılanların sayı 375-ə çatıb
Fransa polisi meşə yanğınlarının baş verməsində şübhəli bilinən 375 nəfəri saxlayıb. Bu barədə Le Figaro qəzeti ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb. Saxlanılanların 142-si yetkinlik yaşına çatmayan şəxslərdir.
Məlumata görə, saxlanılanlardan 36-sı barəsində həbs qətimkan tədbiri seçilib. Onların bir qismi artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ya barələrində həbs qərarı verilib.
Fransanın baş naziri Sebastyan Lekornu əvvəllər bildirib ki, ümumilikdə ölkə hakimiyyəti meşə yanğınları ilə bağlı vəziyyətə nəzarət edir. Xüsusilə, ölkənin cənub-qərbində yerləşən Jironda departamentində təbii yanğının lokallaşdırılmasına nail olunub. Eyni zamanda, respublikanın cənub hissəsindəki Var departamentində yanğınsöndürənlər hələ də alovu nəzarət altına ala bilməyiblər.
Hazırda Fransanın 36 departamentində meşə yanğınları üçün yüksək risk səviyyəsi elan edilib. Bu il Avropada, xüsusilə İspaniya və Fransada meşə yanğınları rekord həddə çatıb. Avropa Komissiyası əvvəllər bildirib ki, onların söndürülməsi üçün Avropa İttifaqının mülki müdafiə mexanizmi vasitəsilə 13 təyyarə və 4 vertolyot, habelə bütün Avropa İttifaqından yüzlərlə yanğınsöndürən cəlb edilib.