Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb
"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti dörd qalib müəyyən olunub. V tirajın qalibi Nəsimi Quliyev, VI tirajın qalibi Salman Səmədov, VII tirajın qalibi Xanım Həmidova, VIII tirajın qalibi isə Tamerlan Əsədov olub. Qaliblərə avtomobillər rəsmi şəkildə təqdim edilib.
Kampaniya çərçivəsində bütün tirajlar canlı yayımlanır və tam şəffaf şəkildə həyata keçirilir. İştirakçılar tiraj prosesini real vaxt rejimində izləmək imkanı əldə edirlər. Qaliblər təsadüfi seçim əsasında müəyyən olunur.
"13 həftə, 13 avtomobil" kampaniyası davam edir və hər həftə bir yeni avtomobil oynanılır. Bu günədək artıq 8 avtomobil öz sahibini tapıb, daha 5 avtomobil isə yeni qaliblərini gözləyir. Kampaniyanın əsas mükafat fondu 13 avtomobildən ibarətdir.
Lotereyada iştirak etmək üçün kampaniya şərtlərinə uyğun lotereya dizaynlı "Bizon" məhsullarını əldə edib qapaq altındakı unikal kodları promo.bizon.az saytında qeydiyyatdan keçirmək kifayətdir. Kampaniyanın şərtləri və iştirak qaydaları barədə ətraflı məlumatı promo.bizon.az/rules ünvanından əldə etmək mümkündür.