Cəmiyyət

Bilgəhdə dənizdə batan gəncin tələbə olduğu məlum olub

1 saat 0 baxış 97% yoxlanıb

Bir neçə gün əvvəl Bilgəh qəsəbəsində dənizdə batan 21 yaşlı Niyaz Pirməmmədovun Bakı Mühəndislik Universitetinin tələbəsi olduğu müəyyən edilib. O, universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının ikinci kursunda təhsil alırmış.

Hadisə zamanı Niyazla birlikdə dənizdə batma təhlükəsi ilə üzləşən daha üç nəfər xilas edilib. Gəncin meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Qeyd edək ki, Niyaz Pirməmmədov 2005-ci il təvəllüdlüdür. Onun dənizdə çimərkən boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

← bütün xəbərlər