Bakıda, Səbail rayonunda obyektdə yanğın baş verib
Bakı şəhərinin Səbail rayonunda, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Hadisə barədə ilkin məlumat FHN-in “112” qaynar telefon xəttinə daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.
Yanğının baş vermə səbəbləri və obyektin hansı fəaliyyət sahəsinə aid olduğu barədə əlavə məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.