Cəmiyyət

Bakıda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

1 saat 0 baxış 97% yoxlanıb

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Bu barədə BŞTİ-dən məlumat verilib.

Hazırda idarənin tabeliyindəki 3 məktəbin — 57, 68 və 141 nömrəli məktəblərin — sökülərək yenidən tikintisi davam etdirilir. Eyni zamanda, İncəsənət Gimnaziyasında və 3 uşaq bağçasında (352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası və Etibar Ömərov adına uşaq bağçası) əsaslı təmir işləri aparılır.

Bundan əlavə, ehtiyac olan digər təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Bu işlər yeni tədris ilinə tam hazırlığın təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə (59, 151, 324 və 313 nömrəli) və 2 uşaq bağçasında (101 və 351 nömrəli) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq istifadəyə verilib. Həmçinin, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 328 nömrəli və A. Məmmədov adına uşaq bağçası) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb.

Mənbələr

← bütün xəbərlər