İqtisadiyyat

AZCON Holding beynəlxalq "Great Place to Work" sertifikatına layiq görülüb

1 saat 0 baxış 93% yoxlanıb

AZCON Holding 2026-cı ildə beynəlxalq qiymətləndirmədə iştirak edərək iş yeri kimi güclü tərəflərini və inkişaf imkanlarını müəyyən etmək, əməkdaş məmnuniyyətini və iş mühitinin keyfiyyətini daha dərindən qiymətləndirmək məqsədi güdüb. Qiymətləndirmə iş yeri mədəniyyətinin təhlili sahəsində 30 ildən artıqdır fəaliyyət göstərən və dünyanın müxtəlif ölkələrində minlərlə təşkilatla əməkdaşlıq edən müstəqil ekspertiza təşkilatı olan "Great Place to Work" tərəfindən həyata keçirilib.

Qiymətləndirmənin nəticələrinə əsasən, AZCON Holding ölkə və beynəlxalq standartlarla müqayisədə gözləntiləri üstələyən nəticə əldə edib və bu səbəbdən "Great Place to Work" sertifikatına layiq görülüb. Sertifikat şirkətin iş mühitinin yüksək keyfiyyətini və əməkdaş məmnuniyyətini təsdiqləyir.

İşçi rəyləri əsasında əldə edilən göstəricilərə görə, işçilərin 97 faizi bu holdinqdə işləməklə fəxr etdiyini bildirib. Eyni zamanda, işçilərin 96 faizi AZCON-da özünü xoşbəxt hiss etdiyini, 87 faizi isə ümumilikdə korporativ mədəniyyətdən və işəgötürəndən məmnun olduğunu ifadə edib.

Bu nəticələr şirkətin daxili korporativ mühitinin güclü olduğunu və əməkdaşların iş şəraitindən razı qaldığını göstərir. "Great Place to Work" sertifikatı beynəlxalq səviyyədə tanınan bir göstərici olaraq şirkətin işəgötürən kimi nüfuzunu artırır.

Mənbələr

← bütün xəbərlər