Cəmiyyət

Təranə Səmədovanın uşaq evindəki qızı ziyarət edilib

51 dəq 0 baxış 93% yoxlanıb

Müğənni Rəqsanə İsmayılova hazırda həbsdə olan prodüser Təranə Səmədovanın kiçik qızı Adeli ziyarət edib. İfaçı bu barədə sosial şəbəkədə paylaşım edib.

Rəqsanə İsmayılova Təranənin böyük qızı Suellə birlikdə uşaq evinə gedərək Adeli ziyarət edib. Onlar birlikdə Adelin ad gününü qeyd ediblər. Ziyarətin videosu da yayımlanıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Ona hökm qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə Abbasın fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyərək pul almasına görə verilib.

Mənbələr

← bütün xəbərlər