Bakıda sərnişin avtobus sürücüsünə hücum edib
Bakının Nəsimi rayonunda, metronun "20 Yanvar" stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb. Hadisə avtobusdan düşən sərnişinin sürücünün üzünə yumruq zərbəsi endirməsi ilə başlayıb.
Zərbənin təsirindən yerə yıxılan sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedib və onu yerə yıxaraq ard-arda yumruqlamağa başlayıb. Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Məlumata görə, polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Hadisənin təfərrüatları və hücum edən şəxsin kimliyi barədə əlavə məlumat verilməyib.