Cənubi Koreyada İA-lı dronlar fermerləri istidən qoruyur
Cənubi Koreyanın Asan şəhərinin rəhbərliyi anormal isti hava şəraitində fermerlərin tarlalarda işləməsini izləmək üçün süni intellektlə təchiz edilmiş dronlardan istifadə etməyə başlayıb. Bu barədə yerli Nate portalı məlumat yayıb.
Cənubi Çxunçxon əyalətində yerləşən Asan şəhərinin hakimiyyəti videomüşahidə kameraları və səsgücləndiricilərlə təchiz olunmuş pilotsuz uçuş aparatlarını işə salıb. Dron güclü istidə tarlada işləyən insanı aşkar etdikdə, səsgücləndirici vasitəsilə işi dayandırmaq və kölgəyə və ya yaxınlıqdakı sığınacağa keçmək tövsiyəsi ötürülür.
Bildirilir ki, zəruri hallarda hadisə yerində olan personala məlumat verilir ki, həmin şəxs istidən qorunmaq üçün ən yaxın sığınacağa müşayiət olunsun. Bu tədbir fermerlərin sağlamlığını qorumaq və isti vurmasının qarşısını almaq məqsədi daşıyır.
Yeni sistem Cənubi Koreyada son illərdə müşahidə olunan anomal istilər fonunda tətbiq edilib. Dronların istifadəsi kənd təsərrüfatı işçilərinin təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyalardan istifadəyə nümunədir.