Hindistan yük gəmisi Qırmızı dənizdə hücum nəticəsində batıb
Hindistana məxsus "Faize Noore Oliya" yük gəmisi Qırmızı dənizdə, Yəmənin qərb sahilləri yaxınlığında batıb. Hadisə Əl-Hüdeydə şəhərindən təxminən 13 dəniz mili cənubda baş verib. Gəmi suüstü pilotsuz vasitənin (BEC) hücumuna məruz qalıb və qısa müddət sonra suya qərq olub.