Siyasət

Rəşad Nəbiyev Zəngilanda vətəndaşları qəbul edib

1 saat 0 baxış 97% yoxlanıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustun 6-da Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinlərini qəbul edib. Görüşdən əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin qanunvericiliyə uyğun və operativ araşdırılması üçün Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Bildirilib ki, vətəndaşların müraciətlərində qeyd olunan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin ediləcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

← bütün xəbərlər