Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb
Mingəçevir şəhərində Qarabağ suvarma kanalında batan yeniyetmənin meyiti axtarışlar nəticəsində tapılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə avqustun 4-də baş verib və 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti suda aşkar edilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış işlərində iştirak ediblər. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, yeniyetmənin Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub və dərhal axtarışlara başlanılıb. Hadisənin təfərrüatları araşdırılır.