Asim Xudiyev UEFA Avropa Liqasının oyununa hakim-inspektor təyin edilib
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Təyinata əsasən, Xudiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsində avqustun 13-də keçiriləcək "Eqnatia" (Albaniya) və "Şemrok Rovers" (İrlandiya) komandaları arasındakı oyunda hakim-inspektor vəzifəsini icra edəcək.
Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionunda baş tutacaq. Bu, Xudiyevin UEFA turnirlərindəki növbəti beynəlxalq təyinatıdır.