Cəmiyyət

Bakıda bir neçə avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

56 dəq 0 baxış 96% yoxlanıb

Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məhdudiyyət avqustun 7-dən 10-dək qüvvədə olacaq. Bu müddət ərzində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib. Avtobuslar Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

Əks istiqamətdə isə bu marşrutlar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə davam edəcək.

Eyni zamanda, 14 və 96 nömrəli marşrutların hərəkəti də dəyişib. Onlar Füzuli və Abdulla Şaiq küçələri ilə, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq. Sərnişinlərə təmir işləri başa çatanadək bu dəyişiklikləri nəzərə almaları tövsiyə edilir.

Mənbələr

← bütün xəbərlər