Azərbaycan yük maşını sürücüləri Gürcüstanda həftələrlə gömrükdən keçə bilmir, XİN-ə sorğu göndərilib
Gürcüstandan tranzit keçən bir qrup Azərbaycan yük maşını sürücüsü həftələrdir gömrük rəsmiləşdirilməsindən keçə bilmir. Sürücülər gömrük məntəqələrində gecikmənin səbəbləri barədə rəsmi izahat verilmədiyini bildirirlər. Öz növbəsində, Azərbaycanın Gürcüstandakı səfirliyi vəziyyətin aydınlaşdırılması üçün Gürcüstan tərəfinə sorğu ünvanlayıb.