Namidə İsayeva Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri təyin olunub
Tanınmış Azərbaycan aparıcısı Namidə İsayeva Dünyagöz Xəstəxanasında PR və marketinq rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə o, özünün Facebook səhifəsində məlumat verib.
İsayeva yeni vəzifəsində cəmiyyətin göz sağlamlığının qorunması, maarifləndirmə layihələri və keyfiyyətli tibbi xidmətlərin tanıdılması istiqamətində çalışacağını bildirib. O, həmçinin qeyd edib ki, göz sağlamlığı onlar üçün əmanətdir.
Qeyd edək ki, bundan əvvəl Namidə İsayeva Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışıb. O, uzun müddət televiziya aparıcısı kimi də tanınıb.