Cəmiyyət

Balakən Gömrük İdarəsinin sabiq rəisi barəsində cinayət işi başlanılıb

1 saat 0 baxış 93% yoxlanıb

Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən iki ay əvvəl azad edilmiş Kamran Yusifov barəsində cinayət işi açılıb. Məlumata görə, gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırmanın nəticəsində K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu maddəsi (vəzifə saxtakarlığı) və digər maddələrlə cinayət işi başlanılıb.

İstintaq zamanı eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşdiriləcək. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi vəzifəsində çalışıb.

Mənbələr

← bütün xəbərlər