Cəmiyyət

Ələt qəsəbəsində dənizdə boğulan yeniyetmənin meyiti tapılıb

1 saat 0 baxış 93% yoxlanıb

Salyan rayonunun Yenkənd kənd sakini olan 35 yaşlı Ariz Əlihəsənov və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov Ələt qəsəbəsi ərazisində dənizdə çimərkən boğulublar. Hadisə nəzarətsiz ərazidə, ən yaxın xilasetmə məntəqəsindən 15 km aralıda qeydə alınıb.

İlkin məlumata görə, Ariz Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yeniyetmə Həsən Əlihəsənovun batdığı ehtimal olunan istiqamətdə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılıb.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Axtarışlar nəticəsində yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mənbələr

← bütün xəbərlər