Biləcəridə metroya yaxın mənzillərə tələbat artır
Biləcəri qəsəbəsində yerləşən yaşayış kompleksi metro stansiyasına yaxınlığı ilə alıcıların diqqətini cəlb edir. Daşınmaz əmlak bazarında lokasiya amili əsas meyarlardan biri hesab edilir və metroya yaxın layihələr həm gündəlik nəqliyyat rahatlığı, həm də gələcəkdə dəyər artımı baxımından üstünlük təşkil edir. "Avtovağzal" metro stansiyasına avtomobillə təxminən 3 dəqiqəlik məsafədə yerləşən "Biləcəri" yaşayış kompleksi bu tələbata cavab verən layihələrdən biridir.
Kompleksdə 56 kvadratmetrdən 110 kvadratmetrədək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışa çıxarılıb. Yeni satışa təqdim edilən 77,52 və 77,64 kvadratmetr sahəli 3 otaqlı studiya mənzilləri optimal planlaşdırma və funksional bölgüsü ilə seçilir. Bu mənzillər həm gənc ailələr, həm də uzunmüddətli plan quran alıcılar üçün əlverişli variant hesab edilir.
Yaşayış kompleksinin infrastrukturuna geniş park, uşaq oyun meydançası və uşaq bağçası daxildir. Yaxınlıqda yerləşən 2 saylı tam orta məktəb məktəbli ailələr üçün əlavə üstünlük yaradır. Sakinlərin təhlükəsizliyi üçün yeraltı dayanacaq, mühafizə xidməti və kamera nəzarət sistemi təmin edilib. Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş şəkildə təhvil veriləcək, səs və istilik izolyasiyası komfortlu yaşayış şəraiti yaradır.
Layihə çərçivəsində mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya "Evini hissə-hissə al" modeli ilə əldə etmək mümkündür. Sonuncu model faizsiz və aylıq öhdəliksiz şəkildə mənzili kvadrat-kvadrat almağa imkan verir. Bu üsul alıcılara tədricən investisiya etməklə gələcək üçün dəyər qazanmağa şərait yaradır.
Satış ofisi Biləcəri qəsəbəsi, Xətai Nəbatəvi küçəsi 52C ünvanında yerləşir. Ətraflı məlumat üçün *1544 nömrəsinə zəng etmək olar. Tikintisi davam edən 3 otaqlı studiya mənzilləri ilə tanış olmaq istəyən alıcılar satış ofisinə müraciət edə bilərlər.