İdman

Azərbaycan yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında 14 idmançı ilə təmsil olunacaq

53 dəq 0 baxış 93% yoxlanıb

Avqustun 20-dən 23-dək Ekvadorun Quayakil şəhərində yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan bu yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Komandaya 10 oğlan və 4 qız daxildir.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığmanın heyətinə oğlanlardan Fərid Rzazadə (50 kq), Fərid Xudiyev və İbrahim Talıbov (55 kq), İlkin Qarayev (66 kq), Yusuf Nəzər və Sadiq Məmmədov (73 kq), Ayxan Həsənli və Yaqub Məmmədov (81 kq), Ömər Axundov və Nurəddin Əliyev (90 kq) daxildir. Qızlardan isə Sunay Salamova (40 kq), Zəhra Quliyeva (44 kq), Pərvin Sevxanlı (48 kq) və Könül Eyvazlı (48 kq) mübarizə aparacaq.

Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Ümumilikdə dünya çempionatında 61 ölkədən 459 cüdoçu iştirak edəcək. Onlardan 242-si oğlan, 217-si isə qızdır. Yarışın təşkilində məqsəd gənc idmançıların beynəlxalq səviyyədə təcrübə qazanmasına şərait yaratmaqdır.

Mənbələr

← bütün xəbərlər