Texnologiya

“Azercell” “ZengimCELL” xidməti üçün illik abunə paketi təqdim edir

51 dəq 0 baxış 97% yoxlanıb

“Azercell” şirkəti “ZengimCELL” xidməti üzrə yeni illik abunə paketini istifadəçilərə təqdim edib. Bu təklif abunəçilərə 12 ay ərzində xidmətdən fasiləsiz istifadə etməyə və zəng melodiyalarını sevimli musiqilərlə fərdiləşdirməyə imkan verir. Yeni paket daha sərfəli şərtlərlə təqdim olunur. Abunə müddəti ərzində istifadəçilər istədikləri vaxt zəng melodiyalarını dəyişə bilərlər. İllik paketi aktivləşdirmək üçün 756716 açar sözünü SMS vasitəsilə 6900 qısa nömrəsinə göndərmək lazımdır. Xidmət aktivləşdirildikdən sonra seçilmiş melodiyanın kodu 6900 və ya 6070 nömrəsinə göndərilməklə həmin melodiya aktivləşdirilir. “ZengimCELL” xidmətinə illik abunə haqqı 18 AZN təşkil edir. Xidmət və mövcud melodiyalar haqqında ətraflı məlumatı zengim.az saytından əldə etmək mümkündür.

← bütün xəbərlər