Biləcəridə metroya yaxın mənzil seçimləri: yeni 3 otaqlı studiyalar satışda
Biləcəri qəsəbəsində yerləşən "Biləcəri" yaşayış kompleksi "Avtovağzal" metro stansiyasına yaxınlığı ilə alıcıların diqqətini cəlb edir. Kompleksdə 56 kvadratmetrdən 110 kvadratmetrədək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər satışa çıxarılıb. Yeni satışa təqdim edilən 77,52 və 77,64 kvadratmetr sahəli 3 otaqlı studiya mənzilləri optimal planlaşdırılması və funksional bölgüsü ilə seçilir.
Kompleksin "Avtovağzal" metro stansiyasına avtomobillə cəmi 3 dəqiqəlik məsafədə yerləşməsi həm şəxsi avtomobildən, həm də ictimai nəqliyyatdan rahat istifadə etməyə imkan verir. Bu da işə, təhsil müəssisələrinə və şəhərin müxtəlif istiqamətlərinə gündəlik gediş-gəlişi asanlaşdırır. Layihənin ərazisində geniş park, uşaq oyun meydançası və uşaq bağçası nəzərdə tutulub. Yaxınlıqda yerləşən 2 saylı tam orta məktəb məktəbli ailələr üçün əlavə üstünlük yaradır.
Mənzillər tam təmirli və kommunal xidmətlərə qoşulmuş şəkildə təhvil veriləcək. Layihədə səs və istilik izolyasiyası tətbiq olunub. Avtomobillər üçün yeraltı dayanacaq, ərazinin mühafizəsi və kamera nəzarət sistemi sakinlərin təhlükəsizliyini təmin edir. Layihənin təşkilatçısı "Kristal" şirkəti mənzillərin planlaşdırılmasında hər kvadratmetrin səmərəli istifadəsinə diqqət yetirib.
Alıcılara mənzilləri 20 ilədək ipoteka, 36 ayadək daxili kredit və ya "Evini hissə-hissə al" modeli ilə əldə etmək imkanı təklif olunur. Sonuncu model faizsiz və aylıq öhdəliksiz şəkildə mənzili kvadrat-kvadrat almağa imkan verir. Satış ofisi Biləcəri qəsəbəsi, Xətai Natəvan küçəsi 52C ünvanında yerləşir, ətraflı məlumat üçün *1544 nömrəsinə zəng etmək mümkündür.