Bakıda pik saatlarda bir neçə istiqamətdə nəqliyyat sıxlığı müşahidə olunur
Bakıda axşam saatlarında bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq qeydə alınıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, hazırda şəhərin bir neçə əsas magistralında avtomobil axını çətinləşib.
Sıxlıq əsasən Bakı-Sumqayıt şosesində "20 Yanvar" metro stansiyası istiqamətində, həmçinin 1-ci Göl kənarı yolu və Ziya Bünyadov prospektində müşahidə olunur. Ziya Bünyadov prospektində sıxlıq Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq "20 Yanvar" metro stansiyasına qədər davam edir.
NİİM-in operativ məlumatına əsasən, bu istiqamətlərdə hərəkətin normallaşması üçün aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər görülür. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, paytaxtda pik saatlarda nəqliyyat sıxlığı adi haldır və NİİM vəziyyəti onlayn rejimdə izləyərək ictimaiyyəti məlumatlandırır.