Cəmiyyət

Bakıda ofisdə meyit tapılıb

1 saat 0 baxış 93% yoxlanıb

Avqustun 5-də Bakının Nizami rayonunda ofislərdən birində meyit aşkarlanıb. Hadisə Q.Qarayev prospekti 23 ünvanında yerləşən ev alqı-satqısı ofisində qeydə alınıb.

Meyit 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Vüqar Xəlilova məxsusdur. O, həmin ofisdə işləyirdi. İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hüquq-mühafizə orqanlarının keçirdiyi yoxlamalardan sonra məlum olacaq.

Mənbələr

← bütün xəbərlər