Astarada 18 kiloqram narkotik aşkarlanıb, iki şəxs həbs edilib
Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçiriblər. Əməliyyat zamanı 45 yaşlı Vüqar Quliyev saxlanılıb və onun idarə etdiyi avtomobildən ümumilikdə 18 kiloqram marixuana və tiryək aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Vüqar Quliyev narkotik vasitələri tanışı olan 46 yaşlı Turab Ağayev vasitəsilə əldə edib. Əməliyyat tədbirlərinin davamı olaraq Turab Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilib.