Cəmiyyət

Azərbaycanda avqustun 7-də hava 39 dərəcəyədək isti olacaq

1 saat 0 baxış 97% yoxlanıb

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.

Ölkə ərazisində havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti olacaq. Dağlarda isə temperatur gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

← bütün xəbərlər