"Qarabağ"ın akademiyasında yeni məşqçi təyinatları açıqlanıb
"Qarabağ" futbol klubunun akademiyasında 2026/2027 mövsümü üçün məşqçi təyinatları rəsmiləşib. Klubun rəsmi açıqlamasına əsasən, akademiya komandaları koordinator Aftandil Hacıyevin rəhbərliyi altında fəaliyyət göstərəcək. Onun köməkçiləri və seleksiyaçılar vəzifəsinə İlkin Hüseynov, Yaşar Hüseynov, Vəli Hüseynov və Baba Əsgərov təyin edilib.
Əvəzedici komandanın baş məşqçisi Maksim Medvedev olacaq. U-19 komandasına Rəşad Sadiqov, U-17-yə Samir Musayev, U-16-ya Emin Mollayev rəhbərlik edəcək. U-15 komandasının baş məşqçisi Asif Əlizadə, U-14-ün isə Elçin Rəhimli olacaq.
Gənc yaş qruplarında da təyinatlar həyata keçirilib. U-13 komandasını Şöhrət Yusifov, U-12-ni Ülvi Tarverdiyev, U-10-u Əlibəy Məmmədli, U-9-u Salman Atluxanov, U-8-i isə Əziz Mikayılov çalışdıracaq.
Bu təyinatlar klubun gənc istedadların inkişafına yönəlmiş sistemli yanaşmasının davamı kimi qiymətləndirilir. Akademiyanın bütün yaş qrupları üzrə məşqçi heyətinin formalaşdırılması yeni mövsümə hazırlıq çərçivəsində həyata keçirilib.