Avqustun 4-də Bakıda və bir sıra rayonlarda elektrik enerjisində planlı fasilələr olacaq
Avqustun 4-də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Bakıda və bir sıra rayonlarda planlı təmir işləri aparılacaq. "Azərişıq" ASC-nin məlumatına görə, paytaxtda Transformator Məntəqəsində təmir-təftiş işləri, rayonlarda isə müxtəlif gərginlikli hava elektrik verilişi xətlərində təmir və ağac budanması işləri həyata keçiriləcək.
Bakının Yasamal rayonunda Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abdulla Şaiq, Zülfüqar Adıgözəlov, Cabbar Qaryağdıoğlu, Salatın Əsgərova və Murtuza Muxtarov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay rayonunda saat 09:00-dan 12:00-dək Qaraməryəm, Şahsoltanlı və Yekəxana kəndlərində, saat 10:00-dan 15:00-dək isə şəhər ərazisində Məhəmmədhüseyn Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə və Nizami küçələrində, həmçinin Cəyirli, Çayarxı, Hacalıkənd, Qarabaqqal və Türkman kəndlərində fasilə yaranacaq.
Mingəçevirdə saat 09:00-dan 13:00-dək Təbriz, Yaşar Muradov, Koroğlu və Züleyxa Həsənova küçələrində, Tərtərdə isə saat 10:00-dan 12:00-dək 10 kV-luq 3 saylı "Xoruzlu" hava xəttindən qidalanan yaşayış məntəqələrində enerji verilişində fasilə olacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.